BANK

“Nikoil Bank”-ın nizamnamə kapitalı "qırmızı xətti" keçib
13 İYUL
498

“Nikoil Bank”-ın nizamnamə kapitalı "qırmızı xətti" keçib

2018-07-13 18:32:00

“Nikoil Bank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb. Fins.az  Banka istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Nikoil Bank” ın faiz gəlirləri 32 milyon 601 min manat, qeyri-faiz gəlirləri 3 milyon 545 min manat təşkil edib. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra bankın 17 milyon 568 min manat əməliyyat mənfəəti olub.

30 İyun 2018-ci il tarixində “Nikoil Bank” 245 milyon manat nizamanmə kapitalına malik olsa da yığılmış 196 milyon 100 min manat zərər qədər nizamnamə kapitalı azalıb və 48 milyon 900 min manata düşüb.

Haqqında danışılan bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 63 milyon 429 min manat ayırıb ki, bu səbəbdən də bu ilin 6 ayını 45 milyon 860 min manat zərər ilə tamamalayıb. 2018-ci ilin ilk 6 ayına görə, “Nikoil Bank” 446 milyon 472 min manat cəmi aktivlərə, 392 milyon 523 min manat cəmi öhdəliklərə və 53 milyon 948 min manat cəmi kapitala sahib olub. 

2018-ci ilin ilk 6 ayı ərzində müştərilərə verilən kreditlər 291 milyon 46 min manatdan 289 milyon 31 min manata düşüb.  Xalis kreditlər isə 218 milyon 94 min manatdan 207 milyon 978 min manata qədər enib. 

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253