BANK

Kredit təşkilatı kreditə verilən pulu hara xərcləməniz haqqında “otçot” alacaq
19 İYUL
878

Kredit təşkilatı kreditə verilən pulu hara xərcləməniz haqqında “otçot” alacaq

2018-07-19 09:57:00

Ölkəmizdə fəaliyyət göstərən TBC kredit Bank olmayan kredit təşkilatı təmir krediti adı altında kampaniya keçirir. Fins.az xəbər verir ki, kredit verilən zaman , müştərinin bir çox maliyyə göstəriciləri nəzərə alınır. Kredit təşkilatının irəli sürdüyü tələblərdən biri də təmir kreditinə götürülən pulun xərclənməsindən sonra həqiqətən də pulun  evin təmirinə xərclənməsi barədə əyani sübut tələb edilməsidir. Əgər kredit götürən pulu götürdüyü təyinata xərcləmədiyi bəlli olarsa o zaman kreditin illik faizi 5%-də artırılacaq. Misal üçün əgər götürdüyünüz kreditin illik faizi 26%-di sə bu zaman bu faiz göstəricisinin üzərinə 5% də əlavə olunacaqdır. Qeyd edək ki, TBC kreditdə illik faizlər 20-33% arasında dəyişir. Bu götürülən məbləğin müddətindən və faizindən asılıdır.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270