BANK

Bank of Baku-nun Cash-in və İnternet Bankçılıq xidmətində 1000 USD-dək Təcili Pul Köçürmələri
12 İYUL
192

Bank of Baku-nun Cash-in və İnternet Bankçılıq xidmətində 1000 USD-dək Təcili Pul Köçürmələri

2018-07-12 13:56:00

Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə “İLKLƏRİN BANKI” ünvanının sahibi Bank of Baku, ötən il Təcili Pul Köçürmələri sahəsində bir ilkə imza ataraq, ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə 24/7 rejimində Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını yaratmışdı.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Müştərilərinə evdən çıxmadan, əlavə vaxt itirmədən və növbə gözləmədən Təcili Pul köçürmə sistemindən istifadə imkanını təqdim edən Bank, indi xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 1.000 USD-dək (AZN ekv.) artırıb. Bu da filial daxilində fiziki şəxsin köçürə biləcəyi gündəlik limit məbləğinə bərabərdir.

Bankın ödəniş terminalları vasitəsilə xaricə pul köçürmək istəyən müştərilər, istər bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.

Bunun üçün,

> Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,

> Müştəri kodunu daxil etmək;

> Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmaq;

> Vəsaitin göndəriləcəyi ölkəni seçmək;

> Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etmək;

> Əməliyyatı təsdiq etmək kifayətdir.

Bank of Baku-nun ödəniş terminallarının ünvanları ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən istifadə edərək pul köçürmə əməliyyatını icra edən şəxslər isə öz kart hesablarından tamamilə rahat və təhlükəsiz şəraitdə ölkəxaricinə pul köçürə bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə qoşulmaq istəyənlər 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşula bilərlər.

Əlavə olaraq qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə kimi Bank of Baku-nun korporativ müştəriləri İnternet Bankçılığa PULSUZ qoşula biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9874
  • ₽ RUB
    0.0272