BANK

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - AMB
11 İYUL
295

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - AMB

2018-07-11 16:27:00

11 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100470S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 658 685 500,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000 AZN təşkil edib.

Notların ödəmə tarixi 08.08.2018

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259