BANK

TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub
10 İYUL
403

TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub

2018-07-10 16:26:00

TuranBankın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilmişdir. Fins.az-ın Bankdan əldə etdiyi məlumata görə, İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilmiş, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilmişdir.

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk etmişdir.

Bankın idarəetmə orqanlarının yenilənmiş tərkibi ilə  rəsmi veb səhifəmizdən tanış ola bilərsiniz.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258