BANK

Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb
10 İYUL
176

Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2 dəfədən çox artıb

2018-07-10 15:40:00

Azərbaycan Kredit Bürosu (Büro) 06 mart 2018-ci il tarixindən etibarən kredit tarixçələrinin realizasiyasına başlamışdır. Hazırda Büro ilə müqavilə imzalamış təşkilatların sayı 117-yə çatmışdır.

Birinci yarımil ərzində Büronun sistemindən 30 bank və 36 BOKT istifadə etmişdir. Qeyd olunan müddətdə Büroda banklar və BOKT-lar tərəfindən 665.190 sorğu həyata keçirilmişdir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 2 dəfədən çoxdur. Qeyd edək ki, 2017-ci ilin müvafiq dövründə anoloji sistemdən kredit təşkilatları tərəfindən 330.071 sorğu yerinə yetirilmişdir.

Büroda aparılmış sorğuların 598.535-i banklar, 66.655-i isə 36 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilmişdir.

Qeyd olunan dövr ərzində 1667 nəfər şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət etmişdir. Müraciət etmiş şəxslərin 1652-i fiziki, 15-i isə hüquqi şəxslər olmuşdur.

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256