BANK

Bu banklar istehsal ili daha çox olan avtomobillərə də kredit təklif edir
10 İYUL
213

Bu banklar istehsal ili daha çox olan avtomobillərə də kredit təklif edir

2018-07-10 14:31:00

Hazırda ölkədə fəaliyyət göstərən 30 bankdan yalnız 10-11 avtokredit təklif edir. Lakin kredit verən bankların demək olarki əksəriyyəti yalnız yeni avtomobillərə kredit ayırır. Amma avtokredit verən banklar arasında iki bank seçilir. Belə ki, Accsessbank və Turanbank istehsal ili daha çox olan maşınlara da kredit ayırır. Fins.az adı çəkilən banklaraın avtokredit şərtləri ilə sizi tanış edir. 

Eləcədə bax: Müştərilərini maşınsız qoymayacaq banklar - SİYAHI- AVTOKREDİT

Accsessbank – Son 10 ildə istehsal olunan avtomobillərə və yeni maşınlara kredit təklif edir. Bank işlənmiş kreditə götürüləcək maşın üçün ilkin ödəniş kimi maşının dəyərinin 80% tələb edir. İşlənmiş avtomobillərdə isə bu göstərici 50%-dir. Kredit müddəti 24 aydır. Avtomobil krediti üçün illik faiz göstəricisi isə 25%-di

Turanbank istehsal ili  2012-ci il  olan avtomobillərə kredit verir. Lakin bu zaman avtomobilin 20% maliyyələşdirilir.

Yeni avtomobillərə gələincə isə bu zaman avtomobilin 50% ilkin ödəniş kimi olunmalıdır. Kredit maksimum 36-aya qədər verilir. Bu zaman illik faiz isə 20-24% təşkil edir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258