BANK

Müştərilərini maşınsız qoymayacaq banklar - SİYAHI- AVTOKREDİT
09 İYUL
415

Müştərilərini maşınsız qoymayacaq banklar - SİYAHI- AVTOKREDİT

2018-07-09 10:06:00

Hazırda ölkəmizdə fəaliyyət göstərən bankların heç də hamısı avtokredit təlif etmir. Lakin kredit təklif edənlər də var. Odur ki, Fin.az avtokredit verən bankların adlarını və şərtlərini öyrənib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Accsessbank – Son 10 ildə istehsal olunan avtomobillərə və yeni maşınlara kredit təklif edir. Bank işlənmiş kreditə götürüləcək maşın üçün ilkin ödəniş kimi maşının dəyərinin 80% tələb edir. İşlənmiş avtomobillərdə isə bu göstərici 50%-dir. Kredit müddəti 24 aydır. Avtomobil krediti üçün illik faiz göstəricisi isə 25%-di

AtaBank – Kreditin maksimal müddəti 48-aya dəkdir. Ancaq yeni avtomobillərə kredit verilir. 30 min manatadək maşınlara ilkin ödəniş 50%, 30 min manatdan baha maşınlara ilkin ödəniş 40% olmalıdır.

Bank of Baku – Yalnız Hyundai Avto Azərbaycanın avtomobillərinə kredit təklif edir. Bir şərtlə ki, bu avtomobillər yeni olsun. Kredit maksimum 36 aya kimi təqdim olunur. İlkin ödəniş isə 50% olmalıdır. Bu zaman illik kredit faizi 20% təşkil edir.

Bank Respublika – Yalnız yeni avtomobillərə kredit təklif edir. Bu zaman maşının qiyməti 30 minə kimidirsə 50-59%, 30 min manatdan bahadırsa o zaman 40-49% ilkin ödəniş edilməlidir. Kreditin illik faizi 24-26%-di.

Günaybank – İstehsal ili 2015-ci ildən olan maşınlara avtokredit təklif edir. İlkin ödəniş kimi 40-50% tələb olunur. İllik faiz isə 25-30% təşkil edir.

Xalq Bank – 30 minədək yeni avtomobillərə 50% ilkin ödəniş tələb edir. Bu zaman illik faiz 25-28% təşkil edəcək. 30 min manatdan baha yeni maşınlar üçün isə 40% ilkin ödəniş tələb olunur. Bu zaman illik faiz göstəricisi 25-28% arasında dəyişir.  Bank işlənmiş avtomobillər üçün isə ilkin ödəniş kimi məbləğin 60-80%-ni tələb edir.

Rabitəbank – Yalnız yeni avtomobillərə kredit verilir. Lakin sport car-lar limuzinlər və bu tip bahalı avtomobillər üçün kredit verilmir. Kredit maksimum 3 illik təklif edilir. Dəyəri 30 min manatadək olan avtomobillər üçün ilkin ödəniş kimi 50%, 30 mindən baha avtomobillər üçün isə 40% ilkin ödəniş tələb olunur. Kredit faizləri isə kreditin müddətindən asılı olaraq 16-18-19%  arasında dəyişir.

Bu arada Rabitəbankda 31 avqusta qədər yeni Hyundai Tucson avtomobilləri üçün kampaniya keçirilir. Belə ki, bu maşınlardan göstərilərən tarixə qədər kredit götürənlərə komissiya haqqı 0 faiz olacaq. Qeyd edək ki, digər hallarda istənilən bankda kredit faizi tutulur.

Turanbank – Digər banklarla müqayisədə Turanbank istehsal ili daha köhnə avtomobillərə kredit təklif edir. Belə ki, bank 2012-ci il istehsalı olan avtomobillərə kredit verir. Lakin bu zaman avtomobilin 20% maliyyələşdirilir.

Yeni avtomobillərə gələincə isə bu zaman avtomobilin 50% ilkin ödəniş kimi olunmalıdır. Kredit maksimum 36-aya qədər verilir. Bu zaman illik faiz isə 20-24% təşkil edir.

Yapı Kredi Bank – Bank yeni avtomobillər üçün ilkin ödənişi digər banklarda olduğu kimi 50% tələb edir. İşlənmiş avtomobillərə gəlincə isə ilkin ödəniş kimi 70-80% ilkin ödəniş tələb olunur. Həm yeni həm də işlənmiş avtomobillərə illik 18-19% tələb olunur. Avtomobillərin qiymətinə gəlincə isə 100 min manata qədər avtomobillərə kredit verilir.

Müəllif: Xeybər Heydərov 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267