BANK

Hesablama Palatasının saxlanma xərcləri məlum olub
06 İYUL
535

Hesablama Palatasının saxlanma xərcləri məlum olub

2018-07-06 17:51:00

2018-ci ilin II rübündə Hesablama Palatasının saxlanma xərcləri 1 mln. 697 min 735 manat təşkil edib. Fins.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ilin II rübü üzrə xərclər smetasının icrası haqqında məlumatda qeyd olunub. Bu, Hesablama Palatasının bu il üçün təsdiqlənən xərclər smetasının 44,07%-i deməkdir. 

Sənəddə vurğulanıb ki, II rübdə Hesablama Palatasının xərclərinin 52,13%-i ştatda olan və ştatdankənar işçilərin əmək haqqının, eləcə də əməyin ödənilməsi ilə bağlı sair pul ödənişlərinin maliyyələşdirilməsinə yönəlib. Belə ki, bu ilin altı ayında Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqqı ümumilikdə 875 min 273 manat təşkil edib. Bundan başqa, hesabat dövründə Palatanın ştatdankənar işçilərinin əmək haqqına 17 min 878 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 290 min 516 manat olub.

Xərclərin məbləğinə görə ikinci yerdə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayırmalar dayanır. Palata bu ilin II rübündə DSMF-yə 260 min 407 manat köçürüb.

II rübdə Hesablama Palatası ölkə daxili ezamiyyətlər üçün 15 min manat, xarici ezamiyyətlər üçün isə 41 min 663 manat xərcləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253