BANK

Fins.az Sənan Həsənovu təbrik edir
06 İYUL
1777

Fins.az Sənan Həsənovu təbrik edir

2018-07-06 10:03:00

“CDB Bank” ASC-də Biznesin İnkişafı Departamenti direktoru işləmiş Sənan Həsənov yeni vəzifəyə təyinat alıb. Fins.az xəbər verir ki, o, “Radio Anthem 101 FM”ə icraçı direktor təyin edilib.

Qeyd edək ki, “CDB Bank” “AtaBank” ilə konsolidasiya olduqdan sonra S. Həsənov bankdakı vəzifəsini tərk etmişdi.

Həsənov bank fəaliyyətinə 2004-cü ildən “Rabitəbnk”da başlayıb, elə bu bankda Marketinq Departamenti direktoru, daha sonra isə ötən qış lisenziyası ləğv edilmiş “Dəmir Bank”da eyni vəzifəni icra etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256