BANK

Manat indi daha "sürətlidir"
05 İYUL
178

Manat indi daha "sürətlidir"

2018-07-05 15:44:00

Bu ilin may ayında Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 5,58 bənd təşkil edib. Fins.az-ın məlumatına görə, "Report" Mərkəzi Bankın (AMB) hesabatına istinadən xəbər verir ki, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,03 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,32 bənd artıb. Bu ilin yanvarın 1-nə isə manatın dövretmə sürəti 5,63 bənd təşkil edib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 16 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68-ə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72) qeydə alınıb. 

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270