BANK

“PAŞA Bank” "Azərbaycanda ən yaxşı kommersiya bankı" beynəlxalq mükafatına layiq görülüb
04 İYUL
392

“PAŞA Bank” "Azərbaycanda ən yaxşı kommersiya bankı" beynəlxalq mükafatına layiq görülüb

2018-07-04 11:24:00

Ölkənin aparıcı korporativ bankı - PAŞA Bank - işgüzar "World Finance" jurnalının təsis etdiyi "Azərbaycanda ən yaxşı kommersiya bankı" nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Bu il fərqli nominasiyalarda dünyanın 40-dan çox ölkəsindən olan aparıcı banklara mükafat təltif edilmişdir. PAŞA Bank ilə yanaşı mükafat Deutsche Bank, Commerzbank, BNP Paribas, Bank of America və s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilmişdir.

Mükafat "World Finance" nəşriyyatı tərəfindən 2008-ci ildə təsis olunub. Mükafat iqtisadiyyatın müxtəlif sektorlarının liderlərinə əldə olunan nailiyyətlərə, yenilikçi yanaşmaya və ən yaxşı standart və təcrübələrin tətbiqinə görə verilir. Mükafatın nominantları "World Finance" auditoriyası tərəfindən açıq səsvermə yolu ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252