BANK

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb
03 İYUL
318

Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi açıqlanıb

2018-07-03 14:27:00

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. AMB-dən Fins.az -a  verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il iyulun 1-nə 5 mlrd. 512,7 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 548,6 mln. dollar və ya 11,1% çoxdur.

May ayı ilə müqayisədə isə iyunda Mərkəzi Bankın valyuta ehtiyatları 41,3 mln. dollar və ya 0,75% artıb.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259