BANK

Türkiyədə lirə 5 Dollar/TL səviyyəsinə qalxa bilər
02 İYUL
491

Türkiyədə lirə 5 Dollar/TL səviyyəsinə qalxa bilər

2018-07-02 19:28:00

Almaniya bank "Commerzbank" seçkilərdən sonra yaydığı ilk Dollar/TL proqnozlarında məzənnənin mərhələli olaraq yüksələcəyini proqnozlaşdırıb.
 
Fins.az xəbər verir ki, bankın təxminlərə görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,60 səviyyəsində olacaq. İlin son rübündə isə məzənnə 4,70 səviyyəsinə qalxacaq.
Bank 2019-ci ildə də məzənnənin mərhələli yüksəlişinin davam etməsini təxmin edir. Növbəti ilin ilk rübünün sonunda məzənnə 4,75 səviyyəsinə qalxacaq, ikinci rübün sonunda isə məzənnə 4,85 səviyyəsində olacaq. Bank 2019-cu ilin sonunda isə dolların 5 lirəyə qalxacağını proqnozlaşdırır.
 
MORGAN STANLEY 5 SƏVİYYƏSİNİ BU İL NƏZƏRDƏ TUTUR

ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.

Seçkilərdən sonra ilk Dollar/TL  proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.

Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.

 İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR

Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.

Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən "Morgan Stanley", "İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq" deyib.

Türkiyə üçün 2018-ci il  üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən "Morgan Stanley", bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb. (Marja)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256