BANK

Dollar MDB ölkələrində ucuzlaşıb
02 İYUL
359

Dollar MDB ölkələrində ucuzlaşıb

2018-07-02 16:01:00

Bu ilin I rübündə Azərbaycan manatı MDB məkanında ABŞ dollarına nisbətdə bahalaşan 6 milli valyutadan biri olub. Fins.az-ın məlumatına görə, "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, manatın məzənnəsi dollar qarşısında 0,32% güclənib.

Ən çox bahalaşan isə Ukrayna qrivnası olub. Bu valyuta rüb ərzində Amerika valyutasına nisbətdə 7% güclənib. Növbəti yerlərdə gürcü larisi (6%), Moldova leyi (1,57%), qırğız somu (1,45%) və erməni dramı (0,32%) qərarlaşıb. 

Dollara nisbətdə ən çox dəyər itirən milli valyuta isə Rusiya rublu olub. Belə ki, yanvar-mart aylarında bu valyuta 8%-dən çox ucuzlaşıb. MDB-də dəyər itirmiş valyutaların sırasında belarus rublu (-0,42%), özbək sumu (0,61%), qazax təngəsi (2,55%) və tacik somonisi (3,55%) də var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256