BANK

Bu valyuta dollar qarşısında ucuzlaşmaqda davam edir
28 İYUN
291

Bu valyuta dollar qarşısında ucuzlaşmaqda davam edir

2018-06-28 00:11:00

Çin yuanı son 6 ay ərzində  dollar qarşısında psixoloji minimuma enib.  Çin Xalq Bankı  yuanı dollara nisbətdə 0.6% ucuzlaşdırıb.  Fins.az qərb mediasına istinadən xəbər verir ki, Bank bilərəkdən yuana təsiri artırır. Lakin Capital Economicsin analitikləri hesab edir ki, təsirlər daha da çoxalsa sonradan yuanın ucuzlaşmasının qarşısını almaq olmayacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

2015-ci il devalvasiyasından sonra Çinin dövlət bankları yuanı güclü saxlamaq üçün dəfələrlə dollar satışını həyata keçiriblər.

China Merchants Bank-ın baş analitiki Li Liuanq iddia edir ki, valyuta bazarı ilə nəisə qeyri-adi hadisələr baş verir. Onun fikrincə ilin əvvəlində yuan G20-nin ölkələrinin valyutaları ilə müqayisədə güc nümayiş etdirməsinə baxmayaraq sonradan ucuzlaşır. Onun fikrincə bu ucuzlaşma uzun müddət davam edə bilməz.

Qeyd edək ki, hazırda 1 dollar 6.556 yuandır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270