BANK

Funt sterlinq təhlükə altına düşə bilər
26 İYUN
443

Funt sterlinq təhlükə altına düşə bilər

2018-06-26 13:54:00

Britaniya valyutası 2016-cı ilin iyun ayından bu yana dollar qarşı ən çox zəiflədiyi rübə daxil olub. Brexit-in funta böyük təsirlərinin olduğu açıq aydın hiss olunur. Fins.az xəbər verir ki, Airbus SE Britaniyanın Avropa Birliyi ilə 28-29 iyunda keçiriləcək görüşdə razılığa gəlməyəcəyi  təqdirdə ölkən investisiyaları geri götürəcəyini bəyan edib.

Baxmayaraq ki, Britaniya Mərkəzi Bankı milli valyuta ilə bağlı qabaqlayıcı tədbirlər görüb , bunun yetərli olmayacağı və funtun dollar qarşısında ucuzlaşacağı gözlənilir.

ABN Amro Bank NV-nin  valyuta strateqi  Corcet Bolee funtun 3-cü kvartalı dollara nisbətdə 1.30-da tamamalayacağını bildirib. Bu rübdə funt dollar qarşısında 5.5% dəyər itirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250