BANK

Mərkəzi Bankın ay ərzində depozit hərracında cəlb etdiyi məbləğ məlum olub
25 İYUN
781

Mərkəzi Bankın ay ərzində depozit hərracında cəlb etdiyi məbləğ məlum olub

2018-06-25 15:22:00

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında iyun ayında 1,4 mlrd. manat cəlb edib. Fins.az quruma istinadən xəbər verir ki, ay ərzində cəmi dörd hərrac keçirilib və hər hərracda eyni məbləğdə vəsait (350 mln. manat) cəlb olunub.  Hər bir hərracda tələb təklifi üstələyib və hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. 

Xatırladaq ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. Hərracda tələb təklifdən 2,3 dəfə çox – 812,3 mln. manat olub. 20 iyunda keçirilmiş hərracda isə tələb 843,8 mln. manat, 11 iyunda 803,1 mln.manat, 4 iyunda 848,0 mln. manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258