BANK

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyanı təqdim edəcək
25 İYUN
213

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı yeni strategiyanı təqdim edəcək

2018-06-25 15:15:00

Asiya İnkişaf Bankı (AİB) 2018-ci ilin sonunadək Azərbaycan hökumətinə ölkə üzrə yeni strategiya təqdim etməyi planlaşdırır. Fins.az -ın məlumatına görə,  “APA-Economics” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bankın Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, yeni strategiya 2019-2023-cü illəri əhatə edir. “Azərbaycanla bağlı 2014-2018-ci illəri əhatə edən mövcud strategiyanın müddəti bu il bitir. 2019-2023-cü illəri əhatə edən yeni strategiyanı bu ilin sonuna kimi hökumətə təqdim etməyi düşünürük,” – deyə bankdan bildirilib.

Bankdan o da qeyd olunub ki, strategiya layihəsi ilə bağlı hökumətlə əldə olunan razılıq 2024-cü ilədək əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə imkan verəcək.  

 Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bugünədək AİB Azərbaycana 4 mlrd. dollardan çox kredit verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254