BANK

Dünya Bankı: Azərbaycanda su ehtiyatlarına təsirinə diqqət yetirmək lazımdı
25 İYUN
2831

Dünya Bankı: Azərbaycanda su ehtiyatlarına təsirinə diqqət yetirmək lazımdı

2018-06-25 14:17:00

"Qlobal iqlim dəyişikliyində bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır. Yəni, bu dəyişikliyin Azərbaycanda su ehtiyatlarına, bilavasitə gəlirlərə necə təsir edəcəyinə fikir vermək lazımdır". Fins.az "APA-Econimics"-ə istinadən xəbər verir ki bunu bu gün keçirilən "Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı" mövzusu ilə bağlı müzakirələrdə "Dünya Bankının nümayəndəsi Vilfred Handermarkl deyib. O, qlobal iqlim dəyişikliyi fonunda Azərbaycanda su sektorunun idarə edilməsi məsələsinə də toxunub.

"Sözsüz ki, iqlim dəyişikliyi böyük dəyişikliklərə səbəb olacaq. Növbəti 50 ildə iqlim dəyişikliyindəki temperatur normadan 2,4 °C çox olacaq. Həm də bu dəyişiklik mövsümi dəyişikliklərə səbəb olacaq. Avqust və sentyabrda olan iqlim dəyişikliyi öz növbəsində məhsuldarlığa təsir edəcək. Bütövlükdə buzlaqların əriməsi hidroloji vəziyyətə birbaşa təsir edəcək, yağıntıların çoxalmasına və çayların artmasına səbəb olacaq.  Bu, suvarmaya da mənfi təsir edəcək. Azərbaycanın şimal və cənub hissəsində su ehtiyatı 70-77% azalıb. Bu isə məhsuldarlığın 40-50% aşağı düşməsinə səbəb olur", - deyə  Vilfred Handermarkl vurğulayıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250