BANK

Unibankın sərfəli faizli depozit kampaniyası davam edir
21 İYUN
506

Unibankın sərfəli faizli depozit kampaniyası davam edir

2018-06-21 15:56:00

İndi Unibankda depozit yerləşdirən hər kəs, illik əlavə 2% hədiyyə qazanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə keçirilən kampaniya çərçivəsində 30 iyunadək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% də hədiyyə ediləcək. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 13%-ə, “Yığım” və “Proqressiv”depozitinin faiz dərəcəsi ilə illik 11%-ə yüksəlib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Unibankın kampaniyasında iştirak etməklə hansı üstünlükləri qazanırsınız?

* Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;

* Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maximum 13%-dək);

* Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;

* Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.

Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!

Unibank müxtəlif əmanət növləri təklif etməklə, müştərilərə seçim imkanları verir:

“Müddətli” əmanət

İyunun 30-dək açılan “Müddətli” əmanət hesablarına müddətinə sonuna 13% faiz hesablanacaq.

Əmanətin minimal məbləği 500 AZN/EUR/USD -dir. “Müddətli” əmanət növü 3-36 ay müddətinə açılır.

“Yığım” əmanəti

Hər ay gəlirindən bir qədər qənaət edib, yığım etmək istəyən müştərilər bankın “Yığım” əmanət növündə hesab aça bilərlər. İlkin minimal məbləğ qoyuluşu 50 AZN/USD olan bu əmanət növündə, hesabınıza hər ay məbləğ əlavə etmək mümkündür. Kampaniya müddətində Unibankda illik 11%-lə “Yığım” əmanət hesabı aça bilərsiniz.

“Proqressiv” əmanət

Bu əmanət növü hesabdakı vəsaitlərini istənilən vaxt çıxaran və faizlərini itirmək istəməyənlər üçündür. Unibankın “Proqressiv” əmanətində minimum 200 AZN/USD depozit yerləşdirmək lazımdır. Manat valyutasında əmanətlər illik 11% gəlir gətirir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273