BANK

Expressbank – bayram günlərində də sizinlədir!
14 İYUN
221

Expressbank – bayram günlərində də sizinlədir!

2018-06-14 17:29:00

Expressbank xalqımızı Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik edir və bol ruzi-bərəkət arzulayır!

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Daim müştərilərini düşünən Expressbank, qarşıdan gələn bayram günlərində də sizlərə xidmət göstərəcək!
Müştərilər 16 və 19 iyun tarixlərində, saat 10:00-dan 15:00-dək Expressbank-ın Əhmədli, Nəsimi, Gəncə və Sumqayıt filiallarında aşağıda qeyd edilən bank xidmətlərindən faydalana biləcəklər:
- Asan kreditin verilməsi
- Expresso kartın sifarişi
- Smilecardın verilməsi
- Təcili pul köçürülməsi və alınması
- Depozit qəbulu
- Kart sifarişi və təhvili
- Valyuta mübadiləsi
- Hesaba mədaxil/məxaric
- Hesabın açılması və bağlanması.
Bundan əlavə olaraq, Expressbank-ın Əhmədli filialı hər gün saat 10:00-dan 18:00-dək, Nəsimi filialı isə 24/7 rejimində sizlərə aşağıdaki xidmətləri göstərəcək:
- Valyuta mübadiləsi;
- Təcili pul köçürməsi üzrə pulun göndərilməsi;
- Fiziki şəxslərin hesablarının möhkəmləndirilməsi (cari, plastik kart, depozit hesabları);
- Kredit üzrə ödənişlər;
- Kommunal və digər ödənişlər.
İyun ayının 20-dən etibarən bütün filiallar adi qaydada iş rejiminə dönəcəkdir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barəsində  ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269