BANK

Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilib
14 İYUN
167

Maliyyə savadlılığı portalında “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirilib

2018-06-14 15:03:00

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Mərkəzi Banka həvalə olunan “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası, həmçinin əhalinin maliyyə savadlılığı səviyyəsinin artırılması tədbirləri davam etdirilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Əhalinin maliyyə savadlılığı səviyyəsini artırmaq məqsədilə Mərkəzi Bank tərəfindən istifadəyə verilmiş portalda (https://bizimpullar.az)yeni “Siyasət faiz dərəcəsi” animasiyası yerləşdirmişdir. Animasiyadan siyasət (yaxud uçot) faiz dərəcəsi nədir, onun parametrləri, Mərkəzi Bank tərəfindən müəyyən edilən faiz dəhlizi, onun aşağı və yuxarı həddi haqqında, eləcə də siyasət faiz dərəcəsinin artırılıb-azaldılmasının nəticələrinin qiymətlər sabitliyinə təsirləri barədə məlumat əldə etmək mümkündür. Animasiyaya keçid linki: https://bizimpullar.az/popup/media/115?cat=Blocks&file=0

Maliyyə savadlılığı portalındakı iqtisadiyyat və maliyyə sahəsində informativ materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar və kalkulyatorlar, virtual muzey və məktəblilər üçün rubrikalarla istənilən zaman kompüter, planşet və ya mobil cihaz vasitəsilə tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267