BANK

Bu peşə sahiblərinə Mərkəzi Bankda təlim keçirilib
13 İYUN
296

Bu peşə sahiblərinə Mərkəzi Bankda təlim keçirilib

2018-06-13 12:36:00

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə proritet istiqamət kimi müəyyənləşdirilmiş “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin icrası ilə bağlı tədbirlər Mərkəzi Bankda davam etdirilir. Bu tədbirlər çərçivəsində Mərkəzi Bankda ölkənin ümumtəhsil məktəblərinin müəllimlərinə maliyyə savadlılığının kurikuluma inteqrasiya edilmiş elementlərinə dair peşəkar təlimlər keçirilmişdir.

2017/2018-ci tədris ilinin ikinci yarısında Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Həyat Bilgisi” fənnini tədris edən 110 nəfər müəllimə təlimlər keçirilmişdir. Təlimlər zamanı müəllimlərin iqtisadi savadlılığının artırılması və tədris prosesində bu biliklərdən effektiv istifadə məqsədilə müxtəlif mövzular tədris olunmuşdur. Sözügedən təlimlərə maraq göstərmiş müəllimlərin iqtisadi mövzulara aid sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Təlimlərin yekununda tərəfdaş qurumların iştirakı ilə müəllimlərə sertifikatlar təqdim edilmiş və iştirakçıların təlim haqqındakı rəyləri öyrənilmişdir.

Ümumtəhsil məktəblərinin müəllim və şagird heyətinin iqtisadi maarifləndirilməsi üçün Mərkəzi Bank gələcəkdə də müxtəlif tədbirlər keçirməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251