BANK

Azərbaycanda əmanətlərin dollarlaşması 13 faiz bəndi azalıb
11 İYUN
424

Azərbaycanda əmanətlərin dollarlaşması 13 faiz bəndi azalıb

2018-06-11 17:41:00

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi fevraldakı azalmanın ardınca martda artıma keçdikdən sonra apreldə yenidən azalmağa başlayıb. Fins.az məlumatına görə, “Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il mayın 1-nə 7 881,4 mln. manat təşkil edib ki, bunun da 4 993,5 manatı və yaxud 63,4%-i xarici valyutada yerləşdirilib. Bu nisbət aprelin 1-də 64,1% olub. Başqa sözlə, apreldə əmanətlərin dollarlaşması 0,7% bəndi azalıb. İlin əvvəlindən dollarlaşma səviyyəsində 3,1% bəndi, illik müqayisədə isə 13,2% bəndi azalma qeydə alınıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260