BANK

Not hərracları, repo əməliyyatları, banklararası bazarın inkişaf etdirilməsi müzakirə olunub
07 İYUN
335

Not hərracları, repo əməliyyatları, banklararası bazarın inkişaf etdirilməsi müzakirə olunub

2018-06-07 14:56:00

06 iyun 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu” üzvlərinin müraciəti ilə Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüşü keçirilib.

Görüşdə ABA-nın Ekspert Qrupunun üzvləri ilə Mərkəzi Bankın nümayəndəsi arasında pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb.

Suallar əsasən not hərracları, repo əməliyyatları, banklararası bazarın inkişaf etdirilməsi, notların buraxılış müddəti məsələləri ilə bağlı olub. Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256