BANK

HSBC Bankın rəsmisi və Samir Əliyev dollar haqqında bunları dedilər
06 İYUN
633

HSBC Bankın rəsmisi və Samir Əliyev dollar haqqında bunları dedilər

2018-06-06 19:15:00

"Dolları heçnə saxlaya bilməz". Fins.az  qərb mediasına istinadən xəbər verir ki, bu sözləri  HSBC Bankın valyuta strategiyası departamentinin rəhbəri  Devid Blum bildirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Baxmayaraq ki, maliyyə indiqatorları stabil olaraq qalıb FED yenə də uçot dərəcəsini artırmağı planlaşdırır.

Dollar aprelin ortalarında 6% bahalaşmağına baxmayaraq. İllik minimuma qədər  1.1659 göstəricisinə dək avro qarşısında ucuzlaşdı.

ABŞ iqtisadiyyatı

HSBC Bankın proqnozlarına görə, çsiklik hərəkət verici güclər struktur və siyasi maneələrin qarşısnı alır. Bu il FED uçot dərəcəsini hələ iki dəfə də qaldıracağı gözlənilir.

Dolların kursunun artım tempi bir çoxlarını məəttəl edib. Bu valyutanın sürətlə möhkəmlənməsi  inkişaf etməkdə olan bazarlara öz təirini gecləndirir ki, bu da gələcəkdə qlobal ressesiyaya səbəb ola bilər.

Blumun fikrincə ilin sonuna kimi dolların artım sürəti zəifləyəcək. “Yaşıl” tempini artırıb lakin bu əvvəlki kimi olmayacaq deyə Bank rəsmisi əlavə edib.

Azərbaycanlı ekspert Samir Əliyev məsələyə bu cür mövqe bildirib. O FED-in uçot dərəcəsini artırmasını dolların güclənməsini şərtləndirdiyini bildirdi. Ekspert dolların digər valyutalara nisbətdə bahalaşmda davam edəcəyini qeyd etdi.  ABŞ iqtisadiyyatında problemlər getdikcə arxada qalır. İşsizlik son 18 ildə ən aşağı səviyyəyə enib, Avrozonada  müəyyən çətinliklər yaranıb. Ona görə mən hesab edirəm ki, dolların möhkəmlənməsi davam edəcək deyə Samir Əliyev bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267