BANK

Manatla kreditlər bahalaşıb
06 İYUN
466

Manatla kreditlər bahalaşıb

2018-06-06 16:31:00

Azərbaycanda bu il mayın 1-nə kreditlər üzrə orta faiz dərəcəsi manatda 13,57%, xarici valyutada isə 9,65% təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, aprelin 1-i ilə müqayisədə 0,12 faiz bəndi artıb və 0,09 faiz bəndi azalıb. Bu müddət ərzində manatla depozitlər üzrə orta faiz dərəcəsi 10,06%-dən 10,14%-ə yüksəlib, xarici valyutada isə əksinə 2,82%-dən 2,70%-ə enib. Hesabata görə, mayın 1-nə fiziki şəxslərin manatla əmanətlərində orta faiz aylıq 0,13 faiz bəndi azalaraq 10,91%, xarici valyutada isə 0,15 faiz bəndi azalaraq 3,28% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256