BANK

UNEC tələbələri AccessBank-da gedən proseslərlə tanış olublar
06 İYUN
212

UNEC tələbələri AccessBank-da gedən proseslərlə tanış olublar

2018-06-06 16:08:00

"UNEC Conversation Club" layihəsinin iştirakçısı olan tələbələr AccessBank-ın bir sıra departamentlərinin iş prosesi ilə tanış olub. Tələbələrin istəklərinə əsasən, ekskursiya bankın "Mərkəz" filialından başlayıb. Filialın əməkdaşları tələbələrə kreditlərin verilməsi və ödənilməsi prosesinin dərinliklərini izah edib. Ardınca ekskursiya iştirakçıları filialın əməliyyat şöbəsində gedən proseslərlə tanış olub. Şöbənin əməkdaşları qeyri-kredit məhsulları üzrə müştərilərə göstərilən xidmətlərdən danışıb. Növbəti dayacanaq Xəzinədarlıq departamenti idi. Departament rəhbəri Cavid Rzayev tələbələrin nəzərinə çatdırıb ki, struktur bölmənin əsas vəzifələrindən biri likvidliyin idarə olunması, səhm və istiqraz bazarında iştirakdır. Korporativ bankçılıq departamentində isə tələbələrin diqqətinə hüquqi şəxslərə, o cümlədən iri şirkətlərə göstərilən xidmətlərdən, korporativ satışlar və sənədli əməliyyatlardan bəhs olunub.

Ekskursiya Marketinq departamentinin iş prosesi ilə tanışlıqla bitib. Departament direktoru Günay Cəlilova bildirib ki, marketinqin əsas məqsədi satışların artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir. Onun sözlərinə görə, departamentin əsas məqsədi bankın bazar payının artırılması, yeni məhsulların yaradılmasıdır. G. Cəlilova marketinqin əsas elementləri kimi reklam, PR, promo-aksiyalar, brendin inkişaf etdirilməsini göstərib bə əlavə edib ki, bunların hər biri satışların atrırılmasına hesablanıb.

Bankda gedən proseslərlə tanışlıq tələbələrin böyük marağına səbəb olub. Tələbələrin sözlərinə görə, proseslərlə əyani tanışlıq yeni biliklərin əldə olunmasına səbəb oldu. Bunu nəzərə alaraq, bank tərəfindən yaxın vaxtda növbəti ekskursiyanın təşkil olunacağı nəzərdə tutulub.

Qeyd edək ki, AccessBank-ın dəstəyi ilə start götürən "UNEC Business Conversation Club" layihəsi çərçivəsində tələbələr ingilis dilinin biznes istiqamətini öyrənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254