BANK

Fermerlərə 10 milyon manat kredit verəcək
06 İYUN
308

Fermerlərə 10 milyon manat kredit verəcək

2018-06-06 09:10:00

İlin sonunadək Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti müvəkkil banklar vasitəsilə fermerlərə 10 milyon manatadək məbləğdə kredit verməyi planlaşdırır. Kreditlər vətəndaşlara maksimum 7%-lə veriləcək. Fermer və sahibkarlardan daşınar əmlak, təsərrüfatı girov kimi qəbul etmək və başqa yeni girov mexanizmlərinin tətbiqi diqqətdədir.
Dövlət Xidməti fermerlərə güzəştli şərtlərlə kredit vermək üçün “Rabitəbank”la niyyət protokolu imzalayıb. Protokolu Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və bankın İdarə Heyəti sədrinin müavini Orhan Gültekin imzalayıb.
Bu günədək “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Turanbank” ASC, “Rabitəbank” ASC, “Aqrarkredit” QSC BOKT, “Finoko” BOKT ASC, “Finans İnvest” BOKT ilə niyyət protokolları imzalanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259