BANK

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
05 İYUN
356

İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2018-06-05 18:22:00

7 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB)Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu

AZ2029008680

Emissiya həcmi

20 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1004,0833 AZN

İstiqrazların tədavül müddəti

23 il (8280 gün)

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

PSG-Kapital İŞ QSC

 

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259