BANK

Azərbaycan EBRD-yə 2,3 mlrd. avro kredit qaytarıb
04 İYUN
140

Azərbaycan EBRD-yə 2,3 mlrd. avro kredit qaytarıb

2018-06-04 11:32:00

Bu il mayın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank of Reconstruction and Development (EBRD)) Azərbaycana 165 layihə üzrə ayırdığı kreditin ümumi məbləği 3,070 mlrd. avro təşkil edib.Fins.az “APA-Economics”-a istinadən xəbər verir ki, aprel ayının sonuna Azərbaycanın həmin kreditlər üzrə EBRD-yə ödənişlərinin həcmi 2,270 mlrd. avroya bərabər olub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Ümumilikdə, bankın hazırda Azərbaycanda 48 aktiv layihə üzrə portfeli 1,429 mlrd. avrodur. Cari portfelin 49%-i və ya 707 mln. avroluq hissəsi enerji, 42%-i və ya 607 mln. avroluq hissəsi infrastruktur, 4,9%-i və ya 70 mln. avroluq hissəsi sənaye, kommersiya və aqrobiznes, 3,15%-i və ya 45 mln. avroluq hissəsi isə maliyyə institutlaşması üzrə təyin edilib.

Hesabat dövrünün sonuna EBRD-nin ölkə üzrə əməliyyat aktivlərinin məbləği  isə 986 mln. avro təşkil edir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən EBRD-nin üzvüdür. Bankın Azərbaycana ayırdığı kreditlərdə özəl sektorun payı 26% təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267