BANK

200 manat inflyasiyaya səbəb ola bilər?
30 MAY
794

200 manat inflyasiyaya səbəb ola bilər?

2018-05-30 01:18:00

Yeni 200 manatlar, yəni böyük əskinaslar əhaliyə stimul verə bilərki, yığımı əhali manatda etsin? Fins.az bu sualına cavabı iqtisadçı ekspert Cəfər İbrahimli bu cür cavablandırıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Mən hesab edirəm ki 200 manat nə yığımların artmasına təsir edəcək. Nə də inflyasiyaya səbəb olacaq.  “Böyük nominallı valyutalar, xırda nominallı valyutalar kəskin dəyərdən düşüb, ödənişlə bağlı problem yaradan zaman dövriyyəyə buraxılır. Böyük əskinaslar daha çox ödəniş imkanlarını rahatlaşdırmaq üçün buraxılır. Ölkədə yeni əskinasların emissiyasına təsir edən faktorlar inflyasiya, faiz dərəcəsi, dollalaşma prosesi, ATM və POS terminallarla aparılan qeyri nəğd ödənişlərin səviyyəsi və iqtisadiyyatın böyümə məsələsidir.

 Manat yığım vasitəsi kimi çox istifadə olunmur. İnflyasiya olan dönəmlərdə insanlar nağd valyutanı əllərində saxlamır, daha çox digər maliyə aktivlərinə investisiya edirlər. Dollarlaşma prosesi olan ölkələrdə milli valyutanın ehtiyac ciddi həcmdə azalır. Milli valyutaya ödəniş kimi ehtiyac azaldığından böyük nominallı yeni emissiyaya ehtiyac olmur.

Cəmiyyətdə belə bir müzakirə gəzir ki, bu qərar qiymətlərin qalxmasına və inflyasiyanin armasına təsir edəcək. Böyük nominallı pullar dövriyyəyə gələn kimi cəmiyyətdə inflyasiyanın sürətlənməsi ilə bağlı fikirlər formalaşır. Hazırki situsiyda isə 200 manatlıq nominalların dövriyyəyə buraxılması inflyasiyaya çox da təsir etməyəcək. Hazırda inflyasiyanın tənzimlənməsi üçün digər faktorlar daha güçlüdür.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267