BANK

Mərkəzi Bankın ay ərzində depozit hərracında cəlb etdiyi vəsaitlərin məbləği məlum olub
29 MAY
266

Mərkəzi Bankın ay ərzində depozit hərracında cəlb etdiyi vəsaitlərin məbləği məlum olub

2018-05-29 15:15:00

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ay vəsaitlərin cəlb edilməsi üzrə keçirdiyi 4 depozit hərracında 1,4 mlrd. manat vəsait cəlb edib. Fins.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bütün hərraclarda təklif eyni - 350 mln. manat olsa da, hər dəfə tələb bundan 2-3 dəfə çox olub. Belə ki, banklar mayın 7-də AMB-yə 917,9 mln. manat, mayın 14-də 957,5 mln. manat, mayın 21-də 836,3 mln. manat, bu gün isə 857,2 mln. manat təklif ediblər.  Hərraclar nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253