BANK

Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcəsini endirdi
29 MAY
243

Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcəsini endirdi

2018-05-29 14:00:00
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə VTB (Azərbaycan) nağd pul kredit kampaniyasına start verib.
Belə ki, bu kampaniya çərçivəsində29 iyun 2018-ci il tarixinədək nağd pul kredit məhsulu üzrə faiz dərəcəsi illik 23%-dək endirilib.
 
Müştərilər nağd pul kreditini bankdan daha da güzəştli şərtlərlə əldə etmək üçün məsafəli xidmətlər (internet, mobil bankçılıq, WhatsApp,Çağrı mərkəzi və ya saytı) vasitəsi ilə kredit sifariş edərəkillik 22% əldə edə bilərlər.
 
Kredit kartı aldıqda endirim əldə etmək istəyən şəxslər də sifarişlərini məsafəli xidmət vasitələri ilə həyata keçirə bilər. Bu halda faiz dərəcəsi illik 27% təşkil edir.
Qeyd edək ki, kampaniya  müddətində bankda VisaGold və VisaPlatinumpremium debet kartları üçün də endirim mövcuddur. Kampaniya zamanı bu kartları sifariş edən müştərilər kart üçün illik xidmət üzrə 50% endirim qazanırlar.

Nağd kredit almaq üçün bank VTB (Azərbaycan)-ın saytında və ya +99455 2140986 nömrəli WhatsApp vasitəsi ilə onlayn sifariş etmək olar.

Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı çağrı mərkəzinin 986 qısa nömrəsi, eləcə də www.vtb.azsaytından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253