BANK

Bankların əmanət faizlərini aşağı salmasına səbəb nədir? - AÇIQLAMA
27 MAY
1016

Bankların əmanət faizlərini aşağı salmasına səbəb nədir? - AÇIQLAMA

2018-05-27 23:52:00

Hazırki vəziyyətdə  bankların əmanət faizlərinin aşağı salmasının səbəbi vəsaitlərin yerləşdirilməsində, yəni kredit verilməsində problemlərin olmasıdır. Bu sözləri Fins.az- açıqlaması zamanı iqtisadçı ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, bu mənada manatda vəsaiti toplamaq cəlbedici deyil. Xarici valyuta isə həm valyuta riski həm də xarici valyutada ümumiyyətlə kreditlərin verilıməsi çətinlikləri marağı tamam azaldıb. Ekspertin fikrincə yaxın 2-3 ildə məzənnənin necə deyişəcəyi hələlik banklar üçün maraqlı deyil. Onun sözlərinə görə hələlik banklar bugünki mövcud çətinliklərini aşmağa çalışırlar. Banklar klassik kreditləşməyə paralel olaraq, Gəlir ortaqlığı modeli üzərindən layihələrin maliyələşdirilməsinə üstünlük verməlidirlər deyə Cəfər İbrahimli bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260