BANK

Bank Respublika ADR-in 100 illiyi münasibətilə 2 yeni kart təqdim etdi
25 MAY
665

Bank Respublika ADR-in 100 illiyi münasibətilə 2 yeni kart təqdim etdi

2018-05-25 15:07:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, Bank Respublika MasterCard Gold və MasterCard Platinum yubiley kartlarını təqdim etdi. Yubiley kartları eksklüziv dizaynda və 2.000 ədəd olmaqla məhdud sayda buraxılmışdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhiriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında GoldvəPlatinum kartlarına uyğun hazırlanıb.

“Biz böyük qurur hissi ilə bayram sevincini soydaşlarımızla birlikdə paylaşırıq və ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müştərilərin bu əlamətdar tarixi yubiley kartını əldə etməklə qeyd etmək imkanını verməyə özümüzə borc bilirik” – deyə, bankın İdarə heyətinin sədr müavini Elnur Həsənov qeyd etdi.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları MasterCard GoldMasterCard Platinum kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.

Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.

Bank Respublika xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edir, vətənimizin uzun illər boyu yaşayıb çiçəklənməsini arzulayır.

Daha ətraflı məlumatı bankın rəsmi saytından, Facebook səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267