BANK

Dövlət istiqrazları banklardan daha çox gəlir qazandırır
25 MAY
1368

Dövlət istiqrazları banklardan daha çox gəlir qazandırır

2018-05-25 11:08:00

22 may 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 90.9544 manat (9.9999%) və 93.4915 manat (6.9999%) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti  92.1210 manat (8.6000%), orta ölçülmüş qiyməti  92.4764 manat (8.1805%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 163 993 200,00 manat, yerləşdirilmiş həcmi isə 35 mln manat təşkil edilib.

Beləliklə rəqəmlərə nəzər salsaq görərik ki, illik istiqrazların orta ölçülmüş faiz qiyməti 8.18% təşkil edib. Bu göstərici isə dövlət istiqrazlarını digər investisiya alətlərindən daha sərfəli edir. Sual oluna bilər bu istiqrazlar hansı investisiya alətini üstələyir?

Misal olaraq bank depozitləri ilə müqayisədə istiqrazların nə qədər sərfəli olduğunu görmək olar.

Bir illik Dövlət istiqrazlarının hazırda təklif etdiyi gəlirlilik faizi bir çox bankların əmanət üçün illik təklif etdiyi faizlərdən çoxdur.  Halbuki, Maliyyə Nazirliyinin təqdim etdiyi bu istiqraz 8.18% gəlirlilik verir. Göründüyü kimi bu istiqrazlar bəzi bankların əmanətlərə görə təklif  etdiyi gəlirlilik faizləri ilə müqayisədə bərabər olsa da bəzilərindən daha çoxdur.

Eləcədə Bax: Banklarda əmanət faizləri - Hansı bankın şərtləri daha sərfəlidir?

Bundan başqa haqqında danışılan bu istiqrazlar olduqca likviddir. Yəni İstənilən vaxt istiqrazları satmaq olar. İstiqrazların satışı zamanı isə gəlirlilik faizləri yenə olduğu kimi qalır. Diskountlu olan bu istiqrazlar nominaldan aşağı alınıb nominalla geri qaytarılır. Arada olan bu fərq gəlir hesab olunur. Bu zaman gəlir qazanan fiziki şəxslər və banklardan gəlir vergisi tutulmur. Lakin hüquqi şəxslərdən bu gəlirə görə vergi tutulur.

Dövlət istiqrazların əldə edilməsi prosesi də olduqca asandır. Belə ki, tək şəxsiyyət vəsiqəsilə AzFinance İnvestisiya şirkətinə müraciət etməklə Maliyyə Nazirliyinin təqdim etdiyi bu istiqrazları asanlıqla əldə etmək olar. Əlavə məlumat üçün 012 310 33 11 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Müəllif: Xeybər Heydərov 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256