BANK

Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib
25 MAY
392

Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib

2018-05-25 10:50:00

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib.

Belə ki, Zakir Nuriyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.

Xatırladaq ki, Zakir Nuriyev 1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin Sədri vəzifəsində çalışıb və 1998-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsini yerinə yetirir.

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb.

2006-cı ildən 2015-ci ilədək Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü olub. 2015-ci ildən yenidən Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş digər şəxslərin siyahısı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255