BANK

Azərbaycanın 5 bankı və 3 BOKT-u Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb
24 MAY
190

Azərbaycanın 5 bankı və 3 BOKT-u Kənd Təsərrüfatı Nazirliyi ilə niyyət protokolu imzalayıb

2018-05-24 10:43:00

Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində növbəti tədbirini həyata keçirib. Fins.az "Report"-a istinadən xəbər verir ki, Bakıda fermerlərə və kənd təsərrüfat məhsulları istehsal edən sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində şəffalığı təmin etmək məqsədilə bir sıra bank və bank olmayan təşkilatlarla (BOKT) niyyət protokollarının imzalanma mərasimi təşkil olunub. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Protokollar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti ilə 5 bank - "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Kapital Bank", "Turan Bank", "Rabitəbank" ASC-lər, eləcə də "Aqrarkredit" QSC, "Finoko" ASC və "Finans İnvest" MMC BOKT-larla imzalanıb. 

Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, rəhbərlik etdiyi qurum fermerlərin hədəflərinə fermerlərin rahat şəkildə kredit alması ilə yanaşı kənd təsərrüfatına xarici investisiyaarın cəlb edilməsi də daxildir.

"3 əsas prinsipimiz var: 1-ci fermerlərə yaxın olmaq, onların kreditlərə çıxışını təmin etmək, 2-ci şəffaflıq, 3-cü innovasiyaların tətbiq olunmasıdır. Hazırda müxtəlif dövlət və beynəlxalq qurumlarla yeni yanaşmalar üzərində işləyirik", - deyə o, əlavə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267