BANK

Bu tədbirlərdən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb
24 MAY
105

Bu tədbirlərdən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb

2018-05-24 10:36:00

"Azərbaycanda kreditləşmənin bərpası fonunda problemli kreditlər sabitləşib". Fins.az xəbər verir ki,“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə “beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

O bildirib ki, ABB-nin sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. P.Paklin Azərbaycanın bank sektorunda risklərə də toxunub.

"Korporativ sektorda uyğunsuzluq riskləri hələ də yüksəkdir. Bununla belə Azərbaycanın bank sektorunda  əhəmiyyətli dövlət dəstəyi var", - deyə P.Paklin vurğulayıb.

"Azərbaycanda son 3 ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib. Bizim hesablamalarımıza görə bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq hələ də risklər var".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267