BANK

Əmanətlərin Sığortalanması Fondunda AİB-in nümayəndə heyəti ilə görüş keçirilib
23 MAY
190

Əmanətlərin Sığortalanması Fondunda AİB-in nümayəndə heyəti ilə görüş keçirilib

2018-05-23 16:27:00

Bu gün Əmanətlərin Sığortalanması Fondunda İcraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Asiya İnkişaf Bankının Ölkə proqramı və tematik qiymətləndirmə üzrə mütəxəssis Hayme Haramillo-Vallexonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fonddan verilən məlumata görə, görüşdə əmanətlərin sığortalanması sistemində aparılan islahatlar, ləğvetmə prosesinin daha səmərəli, şəffaf və çevik keçirilməsi istiqamətində görülən işlər, Fondun təşkilati strukturunun optimallaşdırılması, qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, "Elektron hökumət" portalında göstərilən elektron xidmət, mərkəzləşdirilmiş informasiya sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi qeyd edilib.

Eyni zamanda, Asiya İnkişaf Bankının texniki dəstək göstərə biləcəyi sahələrin müəyyənləşdirilməsi məqsədilə müzakirələr və dəyərləndirilmələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267