BANK

ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA
23 MAY
898

ABŞ dolları və avronun məzənnəsi bərabərləşə bilər - ANALİTİKA

2018-05-23 12:17:00

ABŞ-ın dünya siyasətində mövqeyinin güclənməsi ölkənin milli valyutası - dolların dünya iqtisadiyyatında çəkisini artırmaqda, onu bahalaşdırmaqdadır. Fins.az xəbər verir ki,“Report”un analitik qrupu xatırladır ki, ötən ilin may ayında Səudiyyə Ərəbistanına 110 mlrd. dollarlıq silah satan və bununla da dünyada silah satışı ilə bağlı rekorda imza atan ABŞ bundan 1 ay sonra (iyun) Qətəri ondan 12 mlrd. dollarlıq silah almağa razı salmışdı.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

İndi isə 2 ay davam edən ABŞ-Çin ticarət müharibəsi 1-cinin qələbəsi ilə yekunlaşmaqdadır. Rəsmi Pekin və Vaşinqton arasında əldə olunmuş razılığa əsasən, Çin ABŞ-dan ildə 200 mlrd. dollar (ayda təxminən 17 mlrd. dollar) dəyərində mal alacaq. Bu isə o deməkdir ki, həm indiyə qədər Çinə mal satan başqa ölkələrin bazarı məhdudlaşacaq, həm də ABŞ-dan kənardakı dollar kütləsinin həcmi azalacaq.

Digər tərəfdən isə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) gələn ay uçot dərəcəsini artırması gözlənilir. Amma, bu, 2018-ci ilin son faiz artımı olmaya bilər. Əgər analitiklərin gözlədiyi kimi uçot dərəcəsi ilin sonuna qədər 3%-ə çatdırılsa, bu, qlobal maliyyə bazarlarının dövriyyəsindən, təxminən, 15 mlrd. dollar vəsaitin çıxarılması deməkdir.

Son nəticədə Amerika valyutası digər xarici valyutalar qarşısında nəzərə çarpacaq dərəcədə dəyər qazanacaq. Söhbət ilk növbədə avrodan gedir. Əgər Avropa Mərkəzi Bankının hansısa sürprizləri olmasa, USD/EUR nisbətinin 1-1,1-ə düşəcəyini proqnozlaşdırmaq olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267