BANK

"Azərbaycan Beynəlxalq Bankı" yarışmanın qalibi olub
22 MAY
333

"Azərbaycan Beynəlxalq Bankı" yarışmanın qalibi olub

2018-05-22 10:26:00

14-18 may 2018-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş banklar arası şahmat yarışı keçirilib. 2016-cı ildən bəri artıq 3-cü dəfədirki, keçirilən və həril böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib. 

Yarışın nəticələrinə əsasən şəxsi komanda hesabında“Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb. Şəxsi hesabda isə1-ci, 3-cü və 8-ci yerləri Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rauf Hacılı, RəsulMənsimli, Rəşad Bədəlov, 2-ci yeri Ata Bank-ın nümayəndəsi Orxan Hüseyn qazanıb.

Şəxsi hesab üzrə 4-cü yeri Accessbank-dan Elbrus Süleymanlı, 5-ci yeriRabitəbank-dan Elvin İsmayılov, 6-ci yeri Turan Bank-dan Ruslan Əliyarov, 7-ci yeri Unibank-dan Cavid Məmmədov tutub.Bu ilki turnir həm də gənc şahmatçı Əli Qurbanovun müalicəsinə dəstək xarakteri daşıyıb.

Belə bir ənənəvi yarışın keçirilməsində məqsəd Azərbaycanda şahmatın kütləviliyini artırmaq, bank sektorunda çalışanların asudə vaxtının səmərəli təşkilidir.

 

 

 

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256