BANK

Bank əməkdaşının cinayət işi üzrə məhkəməsi davam etdirilib
21 MAY
241

Bank əməkdaşının cinayət işi üzrə məhkəməsi davam etdirilib

2018-05-21 13:15:00

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən “RoyalBank”ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Fins.az Banker.az-a istinadən xəbər verir ki, Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov çıxış edib. O, hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı ediblər. Proses iyunun 30-da davam etdiriləcək.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272