BANK

Azərbaycanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb
21 MAY
350

Azərbaycanda bank hesabından pul oğurlayan şəxs saxlanılıb

2018-05-21 13:09:00

Lənkəran rayonunda bank hesabından pul oğurlayan şəxs saxlanılıb. Fins.az Banker.az-a istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuta xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Gəgiran kənd sakini R.Axundova mayın 9-da onun bankların birindəki hesabından 340 manatının çıxarılaraq oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Kənarmeşə kənd sakini Əfqan Əkbərov olduğu, həmin gün bankomatdan pulunu çıxarmaq üçün kömək etdiyi qadının pulunu çıxardığını, lakin həmin məbləği dərhal mənimsəyərək pulun hesaba köçməməsi bəhanəsi ilə kartı yenidən qadına qaytardığı müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259