BANK

Banklar buna görə gücləndirilmiş iş rejimində çalışır
21 MAY
288

Banklar buna görə gücləndirilmiş iş rejimində çalışır

2018-05-21 12:39:00

Üçüncü dəfə keçirilən Bakı Ticarət Festivalı(“BakuShopping Festival”) zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsiilə 23 bankın 48-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyətidavam etdirir.

Belə ki,may ayının 31-dək davam edəcək Festival müddətində vətəndaşların və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla xidmət göstərir.

Eyni zamanda, Festival ilə əlaqədar müəyyən olunmuş 10 müvəkkil bankın (siyahı PDF-də) müvafiq filial və şöbələrivasitəsilə müştərilərə nağd və nağdsız qaydada əlavə dəyər vergisinin geri ödənişi həyata keçirilir.

Festival çərçivəsində bankların fəaliyyətinə aid yarana biləcək hər hansı suallabağlı ölkə vətəndaşları və turistlərPalataya müraciət edə bilərlər:

Koordinator: Vüsal Həsənov

Email: [email protected]

Tel: (+994) 12 493 50-58 (daxili 429)

Mobil: (+994) 55 294 00-05

Qeyd edək ki, bu günə qədər banklarla bağlı Palataya heç bir şikayət daxil olmayıb. Müraciətlər yalnız  əlavə dəyər vergisinin geri alınması ilə bağlı suallardan ibarətdir ki, bu suallar da qaynar xətt vasitəsi ilə dərhal cavablandırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256