BANK

Keçmiş bankirə “Aqrolizinq”də yüksək vəzifə verilib
21 MAY
498

Keçmiş bankirə “Aqrolizinq”də yüksək vəzifə verilib

2018-05-21 10:09:00

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə daha bir sədr müavini təyin edilib. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.

O, bundan əvvəl “Kapital Bank” ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC-nin Audit Komitəsinin sədri, “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256