BANK

Hesablama Palatası parlamentdə ötən ilki fəaliyyəti ilə bağlı hesabat verir
18 MAY
170

Hesablama Palatası parlamentdə ötən ilki fəaliyyəti ilə bağlı hesabat verir

2018-05-18 12:59:00

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti üzrə hesabatı dinlənilir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

"Report"un verdiyi xəbərə görə, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Azərbaycan Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti barədə hesabata əsasən, 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 992,9 mln. manat vəsait əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir.

Hesabat ilində aparılmış auditlərlə yanaşı, müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə çox olub.

Hesabatda 2017-ci ildə Palataya poçt, elektron poçt, teleqram və faks vasitəsi ilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3% az olduğu göstərilir.

Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 % artıb. Sosial məsələlər ilə bağlı 62 ( 2016-cı il illə müqayisədə 10,7 % çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. 

2017-ci ildə yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib.

2017-ci ildə başa çatdırılmış tədbirlər üzrə dövlət büdcəsinə 12 694,1 min manat, 62,4 min ABŞ dolları, və 775,4 Avro, qurumların hesablarına 1704,9 min manat, əvvəlki illərdə aparılmış tədbirlər üzrə isə dövlət büdcəsinə 2 519,2 min manat və 11,4 min ABŞ dolları, ümumilikdə 16 918,2 min manat, 73,8 min dollar və 775,4 Avro, DSMF-in büdcəsinə 1 120,9 min manat məbləğində vəsaitin bərpası təmin edilib.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur.

Son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib.

Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Hesabat dövründə qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267