BANK

"Morgan Stanley": Sanksiyalar resessiyaya səbəb olacaq
18 MAY
254

"Morgan Stanley": Sanksiyalar resessiyaya səbəb olacaq

2018-05-18 11:55:00

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını sərtləşdirilməsi bu ölkədə resessiyaya səbəb olacaq. Fins.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın "Morgan Stanley" şirkətinin analitikləri gəliblər.

Onların fikrincə, bu il Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 0,5% azalacaq və mənfi tendensiyasının qarşısını neftin bahalaşması belə ala bilməyəcək.

Xatırladaq ki, bundan əvvəl "Morgan Stanley"in hazırladığı baza proqnozunda Rusiyada ÜDM-in 2018-ci il üçün artım göstəricisi 2,3%-dən 1,8%-ə, əsas kapitala sərmayələr üzrə proqnoz isə 3,9%-dən 3,4%-ə endirilib.

Bu arada, "Danske Bank"ın iqtisadçısı Vladimir Miklaşevskiy bildirib ki, Rusiya iqtisadiyyatına daha çox İrana tətbiq olunan sanksiyalara bənzər tədbirlər zərər verə bilər. Onun fikrincə, 0,2%-0,5% diapazonunda olan resessiya neft, neft məhsulları, kənd təsərrüfatı, metal kimi Rusiyanın əsas ixrac malları üçün xarici bazarların qapadılması nəticəsində baş verə bilər.

"Nordea Bank"ın iqtisadçısı Tatyana Yevdokimova isə resessiya ssenarisini istisna edir: "Düşünürük ki, əlavə sanksiyalar Rusiya iqtisadiyyatının potensial artımını zəiflədəcək və qlobal iqtisadiyyatındakı payını 1%-dən aşağı salacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259